Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
285

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030093 ISIN-li, 80 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 89.3382 (11.9999%) manat və 93.1450 (7.4%) manat olan 38 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6302 (7.9999%) manat, orta ölçülmüş qiyməti isə 92.7122 (7.9040%) manat olaraq müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 227,846,400 manat, yerləşdirilmiş həcmi isə 120,000,000 manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 22.10.2024-cü ildir.

Hərrac iştirakçıları 25 oktyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az