Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
965
Sentyabrın 5-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030077 ISIN-li, 70 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
 
BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 87.7784 (13.9999%) manat və 94.7602 (5.56%) manat olan 28 sifariş təqdim edilmişdir.
 
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.3179 (7.2%) manat, orta ölçülmüş qiyməti isə 94.1379 (6.2614%) manat olaraq müəyyən edilmişdir. 
 
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 226,581,200 manat, yerləşdirilmiş həcmi isə 105,000,000 manat təşkil edilmişdir.
 
İstiqrazların ödəmə tarixi 03.09.2024-cü ildir.
 
Hərrac iştirakçıları 6 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 
 
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az