Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
895

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030085 ISIN-li, 80 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. 

 Hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 92.1942 (8.5133%) manat və 94.0247 (6.39%) manat olan 27 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6387 (7.99%) manat, orta ölçülmüş qiyməti isə 92.9635 (7.6108%) manat olaraq müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 247,895,600 manat, yerləşdirilmiş həcmi isə 80,000,000 manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 01.10.2024-cü ildir.

Hərrac iştirakçıları 4 oktyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Günel Məlikzadə
Fins.az


 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az