
Lufthansa-nın ən böyük səhmdarı xilas paketi ilə bağlı AÇIQLAMA VERİB
Avropanın ən böyük hava yolları şirkəti Lufthansanın, ən böyük səhmdarı xilasetmə paketinin qəbul edilməsinə səs verəcəyini bildirib.
Fins.az "blommberg"-ə istinadən xəbər verir ki, Deutsche Lufthansa-nın ən böyük səhmdarı, hökumətin 9 milyard avro (10 milyard dollar) yardım paketi lehinə səs verərək bu şanslı dəyərləndirəcəyini bildirib.
Belə ki, Milyarder Heinz Hermann Thiele, cümə axşamı Frankfurter Allgemeine Zietung-dakı imtiyazlı səhmdar toplantısından əvvəl paketi dəstəklədiyini səsləndirib.
Thiele əvvəllər Almaniya hökumətini 20 faizlik bir paya verilən güclü endirimə görə, yalnız səhmlərin satışını dayandıraraq tənqid etmişdi. "Təklif olunan variantın lehinə səs verəcəyəm" deyərək Thiele çərşənbə günü dərc olunan müsahibəsində qeyd edib.
Milyarder iş adamının dəstəyi ilə Lufthansa üçün xilasetmə paketinin təsdiqlənməsinə tələb olunan səslərin üçdə ikisinin təmin edildiyi bildirilir.
İnvestorların yalnız 38.8 faizi səsvermə üçün qeydə alınsa da, Thiele-nin 15.5 faizi səslərin 41 faizini əhatə edir. Bu o deməkdir ki, qalan səslərin yarısı səhmlərin satışını qəbul etmək üçün lehinə istifadə edilməlidir.
Səsvermə mövzusu, hökumət kreditləri və səssiz iştirak da daxil olmaqla daha böyük bir xilasetmə paketinin bir hissəsini əhatə edir.
Müəllif:Aynur Qəniyeva