
İnvestorlar arasında qızıla olan tələb artır
Qızıl bazarındakı qiymət artımı, bəzi supermarketlərin investorlar tərəfindən yüksək maraqla qarşılanan investisiya qızılının satışına başlamasına səbəb olur. Beləliklə, onlar qiymətli metala olan yüksək maraqdan istifadə etmək istəyirlər.
Məsələn, Almaniyada, 2010 ilə 2011-ci illərdə, qızılın qiymətində ciddi bir artım yaşandığı zaman, pərakəndə satış ilə məşqul olan “Lidl” və “Schlecker” supermarketləri, qızıl sikkələri, tələbi qarşılamaq üçün satmağa başladı. Ancaq 2011-ci ilin sentyabrından sarı qiymətli metal 4 illik korreksiya mərhələsindən keçdi. Günümüzdə, İngiltərədə, qiymətli metallarla əlaqəsi olmayan supermarketlər şəbəkəsində yenidən investisiya qızılını təqdim etməyə başlayıblar.
Bu ilin sentyabr ayından etibarən İngilis şəbəkəsi “Costco”, mağazalarında 500 qramlıq qızıl külçələr təklif etməyə başlayıb. Bu barədə “The Sun” məlumat yayıb. Lakin bir çox mütəxəssis, sarı qiymətli metalın qiyməti daim dəyişdiyindən, supermarketlər də daxil olmaqla bunun üçün nəzərdə tutulmayan yerlərdə qızıl almağı məsləhət görmürlər. Bu, belə yerlərdə çox miqdarda pul itirməyinizə səbəb ola bilər.