
İnvestisiya şirkətlərinin əməliyyat dövriyyəsinə görə RENKİNQİ - YANVAR-İYUN/2026
Fins.az – Bakı Fond Birjası (BFB) 2026-cı ilin yanvar-iyun ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyatlarının ümumi dövriyyəsini açıqlayıb.
BFB-nin məlumatına görə, hesabat dövründə investisiya şirkətlərinin və investisiya fəaliyyəti göstərən bankın ümumi əməliyyat həcmi 45,54 milyard manat təşkil edib.
Reytinqə 22,476 milyard manat əməliyyat həcmi ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC başçılıq edir. Şirkət ümumi dövriyyənin təxminən yarısını formalaşdıraraq bazarda lider mövqeyini qoruyub.
İkinci yerdə 7,619 milyard manat əməliyyat həcmi ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, üçüncü yerdə isə 4,493 milyard manat göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
İlk beşlikdə yer alan digər şirkətlər 4,331 milyard manat dövriyyə ilə CPM-İnvest İnvestisiya Şirkəti QSC və 3,381 milyard manat ilə "İnvest-Az İnvestisiya Şirkəti" QSC olub.
Hesabat dövründə Assist Finance İnvestisiya Şirkəti ASC 2,135 milyard manat, "İnno Kapital İnvestisiya Şirkəti" ASC 509,0 milyon manat, Capital Partners İnvestisiya Şirkəti QSC 258,9 milyon manat, Troni İnvestisiya Şirkəti QSC isə 173,4 milyon manat əməliyyat həcmi qeydə alıb.
İlk onluğu "Xalq Kapital İnvestisiya Şirkəti" QSC 99,6 milyon manat dövriyyə ilə tamamlayıb.
Siyahıda sonrakı yerlərdə MFX Trading İnvestisiya Şirkəti (36,7 milyon manat), "CFI Financial İnvestisiya Şirkəti" QSC (22,4 milyon manat) və ASC "Xalq" Bankı (10,1 milyon manat) qərarlaşıb.
2026-cı ilin yanvar–iyun aylarında investisiya şirkətlərinin əməliyyat dövriyyəsi
№ | İnvestisiya şirkəti | Ümumi əməliyyat həcmi (AZN) |
|---|---|---|
1 | ABB İnvest İnvestisiya Şirkəti QSC | 22 475 959 298 |
2 | PAŞA Kapital İnvestisiya Şirkəti QSC | 7 619 301 915 |
3 | Unicapital İnvestisiya Şirkəti ASC | 4 493 049 580 |
4 | CPM-İnvest İnvestisiya Şirkəti QSC | 4 331 012 279 |
5 | İnvest-Az İnvestisiya Şirkəti QSC | 3 380 610 974 |
6 | Assist Finance İnvestisiya Şirkəti ASC | 2 134 899 798 |
7 | İnno Kapital İnvestisiya Şirkəti ASC | 509 046 001 |
8 | Capital Partners İnvestisiya Şirkəti QSC | 258 876 501 |
9 | Troni İnvestisiya Şirkəti QSC | 173 359 381 |
10 | Xalq Kapital İnvestisiya Şirkəti QSC | 99 647 205 |
11 | MFX Trading İnvestisiya Şirkəti | 36 731 818 |
12 | CFI Financial İnvestisiya Şirkəti QSC | 22 425 533 |
13 | ASC "Xalq" Bankı | 10 112 199 |