“İnvest-AZ İnvestisiya Şirkəti” dollarla istiqraz buraxıb

“İnvest-AZ İnvestisiya Şirkəti” dollarla istiqraz buraxıb

BİRJA
984

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC dekabrın 16-dan ABŞ dolları ilə buraxdığı istiqrazların satışına başlayıb.Söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 2 min ədəd istiqrazdan (2 milyon dollarlıq) gedir.

Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 5,5%-dir. Faizlər rüblük ödəniləcək.

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,255 milyon manatdır. Şirkətin səhmlərinin 73,98%-i Elşən Quliyevə, 26,02%-i isə Ceyhun Abdullayevə məxsusdur.

(c)“Report”

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“İnvest-AZ İnvestisiya Şirkəti” dollarla istiqraz buraxıb — Fins.az — Fins.az