
İngiltərə-AB: Ticarət sazişi razılaşdırıla bilər
İngiltərə ilə Avropa Birliyi (AB) arasında baş tutacaq rəsmi görüş öncəsi, sonuncunun mövqeyini yumşaldacağına dair mətbuatda məlumatlar paylaşılır. "The Times" paylaşdığı xəbərdə, AB-nin baş məsləhətçisi Mişel Barnierin ticarət sazişinin imzalamağa hazır olduğu deyilir. Bununla yanaşı, AB-nın danışıqları ləğv edəcəkləri təhdidləri də artıq yoxdur. Qeyd etmək lazımdır ki, iki tərəf arasında bu gün Brüsseldə başlayacaq müzakirələrin, cümə gününə kimi davam etməsi planlaşdırılır.