İlin sonunadək 4-5 şirkət manat və dollarla istiqraz buraxacaq - ABB İnvest

İlin sonunadək 4-5 şirkət manat və dollarla istiqraz buraxacaq - ABB İnvest

BİRJA
501

Azərbaycanda bu ilin sonunadək həm dövlət, həm də özəl sektoru təmsil edən 4-5 şirkətin istiqraz emissiyası həyata keçirməsi planlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə “ABB İnvest”in icraçı direktoru Nadir Babazadə şirkətin 2025-ci ilin yekun maliyyə göstəricilərinə dair mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ötən ilin dekabr ayında Azərbaycan Dəmir Yolları (ADY) ilk dəfə istiqraz emissiyası həyata keçirib və bu emissiya investorlar tərəfindən yüksək maraqla qarşılanıb.

Qeyd olunub ki, hazırda qeyri-maliyyə sektorunda fəaliyyət göstərən dövlət və özəl şirkətlərin istiqraz emissiyası üzrə hazırlıq işləri davam etdirilir.

N.Babazadə bildirib ki, emissiya prospektləri Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiqlənmədiyi üçün şirkət adları açıqlanmır. Lakin ilin sonuna qədər 4-5 şirkətin istiqraz bazarına çıxması gözlənilir. Bu emissiyaların həm manat, həm də dollarla həyata keçiriləcəyi və maliyyə, eləcə də qeyri-maliyyə sektorlarını əhatə edəcəyi bildirilib.

Eyni zamanda qeyd olunub ki, ABB bir il ərzində ümumilikdə 100 milyon manatlıq istiqraz emissiyası həyata keçirməyi planlaşdırır. Bunun bir hissəsi artıq iki tranş üzrə icra olunub və 1 və 2 illik müddətli 20 milyon manatlıq istiqrazlar yerləşdirilib. Bir aydan az müddətdə isə üçüncü tranşın bazara çıxarılması nəzərdə tutulur.

Bildirilib ki, bu addımların əsas məqsədi kapital bazarının inkişafına dəstək verməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlin sonunadək 4-5 şirkət manat və dollarla istiqraz buraxacaq - ABB İnvest — Fins.az — Fins.az