
Hedc fondları ilin ilk beş ayında gəlirinin 5 faizi İTİRİB
Məlumat provayderi eVestment-in məlumatına görə, may ayında hedc fondları sektoruna 1,7 milyard dollar daxil olub .
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, bununla yanaşı, şirkətin hesabatına görə, bu ilki daxilolma 30 milyard dollardan çoxdur.
Məlumatda bildilir ki, bu il qeyri-adi ticarət şəraiti ilə mübarizə aparan hedc fondu sektorunun bəzi aparıcı üzvləri mart ayındakı tənəzzül zamanı ağır zərbə alıb. “Bloomberg”-in hesablamalarına görə, ilin ilk beş ayında sektor 5 faiz itirib. Eyni dövrdə S&P 500 İndeksində azalma 5,8 faiz olub. Bəzi şirkətlər, o cümlədən “Seth Klarman”-ın Baupost Qrupu, koronavirus pandemiyasından yalnış qiymətlərdən faydalanmaq ümidi ilə yeni pullara qucaq açıblar.
“Sektor bu bu şəkildə böyümür və inkişaf etmir. Hedc fondlarının idarəçiliyindəki aktivlər 2014-cü ilin ortalarından bəri 3 trilyon dollar civarındadır. Aktivləri saxlamaqdan da önəmli olan ticarət hərəkətliliyidir.”—deyə ekpertlərin açıqlamasında qeyd olunur
Müəllif:Aynur Qəniyeva