"Hasilatın 10-15 milyon barrel azaldılması müzakirə ediləcək"

"Hasilatın 10-15 milyon barrel azaldılması müzakirə ediləcək"

BİRJA
663

OPEC və tərəfdaşları qlobal neft hasilatının ciddi şəkildə azaldılması barədə qərar qəbul edə bilər.

Bu sözləri Küveytin Neft naziri Xalid Əli Məhəmməd əl-Fadil “OPEC+” nazirlərinin bu gün keçiriləcək videokonfransı ərəfəsində deyib. Onun sözlərinə görə, əsas müzakirə mövzusu neft hasilatının gündəlik 10-15 milyon barrel azaldılması olacaq. Nazir qeyd edib ki, hazırda qarşıda duran məqsəd neftin qiymətinin kəskin ucuzlaşmasının qarşısını almaq və enerji bazarında tarazlığı yenidən bərpa etməkdir. “OPEC+” çərçivəsində aparılan görüşlə yanaşı, hazırda ABŞ kimi iri hasilatçı ölkələrlə də danışıqlar aparılır.

Qeyd edək ki, “OPEC+” üzrə neft hasilatının azaldılması ilə bağlı saziş martın 31-də başa çatıb. Buna Səudiyyə Ərəbistanı və Rusiya arasında fikir ayrılığı səbəb olub. OPEC ölkələrinin hasilatı artması və koronavirusun yayılması nəticəsində neftin qiyməti kəskin ucuzlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Hasilatın 10-15 milyon barrel azaldılması müzakirə ediləcək" — Fins.az — Fins.az