Günə Baxış - 07.10.2020

Günə Baxış - 07.10.2020

BİRJA
420

Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bank sədrinin çıxışından sonra avro yenidən ucuzlaşmağa başlayıb. Laqardın Korona tədbirlərinin yenidən qüvvəyə minməsi şəraitində iqtisadiyyatda risklərin daha da artacağını deməsi, EURUSD məzənnəsinin 1.18$-da müqavimətlə rastlaşaraq, 1.1725$-a kimi ucuzlaşmasına səbəb olub. Təhlillərə əsasən, məzənnə 1.1690$-a kimi də ucuzlaşa bilər. 

GBPUSD məzənnəsi də Breksit qeyri-müəyyənliyi fonunda təzyiq altında qalmaqdadır və 1.30$ müqavimətini qıra bilmir. Ucuzlaşma dalğasının nəticəsində 1.28$ dəstəyi də qırılarsa, ucuzlaşma 1.27$-a kimi davam edə bilər. 

Foreks bazarlarında dollara olan tələbin artması, əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına təsir edib. Beləliklə, 1872$ dəstəyinin qırılması ilə ucuzlaşmanın 1849$-a kimi davam edəcəyi proqnozlaşdırılır. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Günə Baxış - 07.10.2020 — Fins.az — Fins.az