Goldman Sachs 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu artırdı

Goldman Sachs 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu artırdı

BİRJA
379

Fins.az - Amerikanın aparıcı maliyyə qurumlarından biri olan Goldman Sachs 2026-cı il üçün neft qiymətləri ilə bağlı proqnozunu yeniləyib. Analitiklər Yaxın Şərqdə tədarükün azalması fonunda Brent markalı neftin orta qiymətinin 85 dollar olacağını gözləyirlər. Əvvəlki proqnoz 77 dollar idi.

Eyni zamanda, WTI markalı neft üçün də gözləntilər artırılıb və onun orta qiymətinin 79 dollar olacağı bildirilir.

Ekspertlər hesab edir ki, əsas risk Ormuz boğazı vasitəsilə neft daşımalarının kəskin azalması ilə bağlıdır. Onların qiymətləndirməsinə görə, bu marşrutla nəql edilən neft həcmi müəyyən müddətdə normal səviyyənin cəmi 5 faizini təşkil edə bilər. Bu isə qlobal bazarda təxminən 800 milyon barel həcmində çatışmazlıq yarada bilər.

Qısamüddətli perspektivdə isə qiymətlərin daha da yüksələcəyi gözlənilir. Goldman Sachs-ın hesablamalarına əsasən, mart-aprel aylarında Brent neftinin orta qiyməti 110 dollar səviyyəsində olacaq və pik dövrdə 135 dollara qədər arta bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Goldman Sachs 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu artırdı — Fins.az — Fins.az