"GL" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

"GL" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

BİRJA
215

Fins.az - 16 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 23.07.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"GL" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2042020282

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

30,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

3,000,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir

Tədavül müddəti

7 il

Ticarətə buraxılma tarixi

23.07.2026

Anderrayter

 “İnvest-AZ İnvestisiya Şirkəti” QSC

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"GL" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir — Fins.az — Fins.az