G7 enerji nazirləri qlobal enerji bazarı üçün təcili tədbirlərə hazır olduqlarını bildirdi

G7 enerji nazirləri qlobal enerji bazarı üçün təcili tədbirlərə hazır olduqlarını bildirdi

BİRJA
307

Fins.az - G7 ölkələrinin enerji nazirləri Yaxın Şərqdəki münaqişənin qlobal enerji təchizatına yarada biləcəyi riskləri aradan qaldırmaq üçün Beynəlxalq Enerji Agentliyi (BEA) ilə koordinasiyalı şəkildə bütün zəruri addımları atmağa hazır olduqlarını bildiriblər.

Nazirlər BEA-nın rəhbəri, türkiyəli iqtisadçı Fatih Birol ilə virtual görüş keçirərək regional böhranın qlobal enerji bazarlarına mümkün təsirlərini müzakirə ediblər. Birgə kommünikedə bildirilib ki, G7 ölkələri və tərəfdaşları neft və qaz təchizatının təhlükəsizliyini, həmçinin enerji qiymətlərindəki dəyişkənliyi yaxından izləyirlər.

G7 strateji ehtiyatların istifadəsi də daxil olmaqla mümkün enerji təchizatı pozuntularının aradan qaldırılması üçün proaktiv addımları dəstəklədiyini qeyd edib. Məlumata görə, BEA üzv ölkələrdə saxlanılan 300–400 milyon barel həcmində strateji neft ehtiyatının koordinasiyalı şəkildə bazara buraxılmasını təklif edib. Bu qərar təsdiqlənərsə, BEA tarixində ən böyük təcili neft buraxılışı olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
G7 enerji nazirləri qlobal enerji bazarı üçün təcili tədbirlərə hazır olduqlarını bildirdi — Fins.az — Fins.az