
Dünyanın ən böyük sərvət fondu ABŞ səhmlərinə investisiyanı artırmağa hazırlaşır
Norveç, 1,1 trilyon dollarlıq nəhəng sərvət fondunun portfelindəki ABŞ səhmlərinin mövqeyini artırmaq istəyir
Norveç aktiv fondunun Şimali Amerika səhmlərindəki mövqeyini artırmaq istəyir, bu da Avropa səhmlərinin gəlirlərini üstələyir.
Norveç Maliyyə Naziri Jan Tore Sanner, dünyanın ən böyük ölkə investisiyalarının idarə olunmasına dair illik hesabatında, "Təklif etdiyimiz dəyişikliklər, investisiyaların dünya miqyasında listinq edilən şirkətlərin dəyər yaratma bölgüsünü daha yaxşı təmsil etməsini təmin edəcək" deyə qeyd edib.Təklif parlamentə təqdim ediləcək.
Planlaşdırılan dəyişiklik fondun portfelinin təxminən 6,5 faizinin Avropa səhmlərindən ABŞ səhmlərinə keçməsini nəzərdə tutur. Bunun ədədi ekvivalenti 51 milyard dollardır.
Norveç 10 illik sürətli böyümədən sonra 1,1 trilyon dollara çatan əmanətlərinin risk profilini dəyişdirmək istədiyi üçün fond son illərdə müəyyən dəyişikliklərə məruz qaldı. Son illərin ən gözə çarpan dəyişikliklərindən biri, fond portfelindəki səhmlərin payının 60-%-dən 70-%-ə qədər artmasıdır.
Nazirliyin bazar ertəsi verdiyi açıqlamada, fondun inkişaf etməkdə olan bazar səhmlərindəki bölgüsünün hələ də qiymətləndirildiyi ifadə edildi. "İnkişaf etməkdə olan bazar səhmləri bazarı investisiyaların şaxələndirilməsini artıra bilər və daha çox gözlənilən gəlir üçün imkanlar yarada bilər" deyilir.
Müəllif:Aynur Qəniyeva