
Dünya birjalarında neft ucuzlaşıb
Dünya birjalarında neftin qiymətində azalma qeydə alınıb.
Fins.az - xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 3,05 dollar azalaraq 87,33 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə “Light” markalı neft 2,83 dollar ucuzlaşaraq 84,88 dollar təşkil edib.
Analitiklər qiymət azalmasını bazarda tələbin dəyişməsi və qlobal iqtisadi gözləntilərlə əlaqələndirirlər.