
Dünya birjalarında neft qiymətləri artıb
Fins.az - Dünya birjalarında neft qiymətlərində artım qeydə alınıb.
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,13 dollar artaraq 113,32 dollar səviyyəsinə yüksəlib.
Nyu-York birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti 1,37 dollar bahalaşaraq 99,6 dollar təşkil edib.
Qiymət artımı qlobal enerji bazarında davam edən gərginlik və təkliflə bağlı risklərlə əlaqələndirilir.