
Dünya bazarlarında neftin qiyməti enib
Fins.az - Dünya birjalarında neft qiymətlərində azalma müşahidə olunub.
ICE Futures birjasında “Brent” markalı neftin bir bareli 2,23 dollar ucuzlaşaraq 108,17 dollar olub.
Eyni zamanda, NYMEX birjasında “Light” markalı neftin qiyməti 3,13 dollar azalaraq 101,94 dollar səviyyəsinə düşüb.
Analitiklər qiymət azalmasını qlobal bazarda tələb və təklif balansındakı dəyişikliklər, həmçinin geosiyasi amillərlə əlaqələndirirlər.