
Dünya bazarında neft ucuzlaşıb
Dünya bazarında neft qiymətlərində azalma müşahidə olunub.
Fins.az xəbər verir ki, “ICE London” qitələrarası birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin iyul müqaviləsi üzrə qiyməti 1,17 % azalaraq bir barel üçün 106,51 ABŞ dolları təşkil edib.
Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin iyun ayında ixrac olunacaq “WTI” markalı neftin bir barelinin qiyməti də 1,21 % geriləyərək 100,94 ABŞ dollarına enib.
Qlobal enerji bazarlarında müşahidə olunan qiymət dəyişiklikləri investorların diqqət mərkəzində qalmaqda davam edir.