Dünya bazarında neft qiymətləri ucuzlaşıb

Dünya bazarında neft qiymətləri ucuzlaşıb

BİRJA
199

Fins.az – İyulun 28-də dünya bazarında əsas neft markalarının qiyməti əvvəlki ticarət günü ilə müqayisədə kəskin azalıb.

Müqayisəyə əsasən, Brent markalı neftin bir barrelinin qiyməti 98,33 ABŞ dollarından 90,55 ABŞ dollarına enib. Bu, 7,78 ABŞ dolları və ya 7,91% azalma deməkdir.

Azərbaycanın Azeri Light markalı neftinin bir barrelinin qiyməti isə 102,73 ABŞ dollarından 95,58 ABŞ dollarına düşüb. Beləliklə, bu marka üzrə qiymət 7,15 ABŞ dolları və ya 6,96% ucuzlaşıb.

Hesabat dövründə BTC FOB markalı neftin bir barrelinin qiyməti 98,75 ABŞ dollarından 91,48 ABŞ dollarına geriləyib.

Bu, 7,27 ABŞ dolları və ya 7,36% azalma deməkdir.

İyulun 28-də Urals FOB markalı neft üzrə də kəskin qiymət enişi qeydə alınıb.

Bu markanın bir barrelinin qiyməti 64,65 ABŞ dollarından 57,26 ABŞ dollarına düşüb.

Beləliklə, Urals FOB markalı neft 7,39 ABŞ dolları və ya 11,43% ucuzlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya bazarında neft qiymətləri ucuzlaşıb — Fins.az