Dünya bazarında neft qiymətləri kəskin bahalaşıb

Dünya bazarında neft qiymətləri kəskin bahalaşıb

BİRJA
144

Fins.az – İyulun 9-da dünya bazarında əsas neft markalarının qiymətində əvvəlki ticarət günü ilə müqayisədə kəskin artım qeydə alınıb.

Müqayisəyə əsasən, Brent markalı neftin bir barrelinin qiyməti 71,87 ABŞ dollarından 78,36 ABŞ dollarına yüksəlib. Bu, 6,49 ABŞ dolları və ya 9,03% artım deməkdir.

Azərbaycanın Azeri Light markalı neftinin qiyməti 75,66 ABŞ dollarından 82,07 ABŞ dollarına qalxıb. Beləliklə, bu marka üzrə qiymət 6,41 ABŞ dolları və ya 8,47% bahalaşıb.

Hesabat dövründə BTC FOB markalı neftin bir barreli 72,94 ABŞ dollarından 79,41 ABŞ dollarına yüksəlib. Bu, 6,47 ABŞ dolları və ya 8,87% artım deməkdir.

Urals markalı neft də əhəmiyyətli dərəcədə bahalaşıb. Bu markanın bir barrelinin qiyməti 42,93 ABŞ dollarından 49,43 ABŞ dollarına yüksələrək 6,50 ABŞ dolları və ya 15,14% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya bazarında neft qiymətləri kəskin bahalaşıb — Fins.az — Fins.az