Dünya bazarında Brent ucuzlaşıb, Azeri Light-ın qiyməti artıb

Dünya bazarında Brent ucuzlaşıb, Azeri Light-ın qiyməti artıb

BİRJA
302

Fins.az – İyulun 16-da dünya bazarında əsas neft markalarının qiymətində əvvəlki ticarət günü ilə müqayisədə qarışıq dinamika müşahidə olunub.

Brent markalı neftin bir barrelinin qiyməti 82,56 ABŞ dollarından 82,22 ABŞ dollarına enib. Beləliklə, bu marka üzrə qiymət 0,34 ABŞ dolları və ya 0,41% azalıb.

Azərbaycanın Azeri Light markalı neftinin bir barrelinin qiyməti isə 86,51 ABŞ dollarından 86,83 ABŞ dollarına yüksəlib. Nəticədə qiymət 0,32 ABŞ dolları və ya 0,37% artıb.

Hesabat dövründə BTC FOB markalı neftin qiyməti də yüksəliş göstərib. Bir barrelin qiyməti 83,15 ABŞ dollarından 83,18 ABŞ dollarına qalxaraq 0,03 ABŞ dolları və ya 0,04% bahalaşıb.

Urals markalı neft üzrə isə ucuzlaşma qeydə alınıb. Bu markanın bir barrelinin qiyməti 51,67 ABŞ dollarından 51,18 ABŞ dollarına düşüb. Beləliklə, Urals nefti 0,49 ABŞ dolları və ya 0,95% dəyər itirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya bazarında Brent ucuzlaşıb, Azeri Light-ın qiyməti artıb — Fins.az — Fins.az