Dünya bazarında “Brent” nefti 115 dolları keçdi

Dünya bazarında “Brent” nefti 115 dolları keçdi

BİRJA
503

Fins.az - Dünya enerji bazarlarında qiymət artımı davam edir.

ICE birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neftin qiyməti bir barel üçün 115 ABŞ dollarını ötüb.

Bildirilib ki, “Brent” nefti bu qiymət həddini sonuncu dəfə 2026-cı il martın 19-dan sonra ilk dəfə keçib. Qlobal bazarlarda müşahidə olunan bu artım əsasən enerji daşıyıcılarına tələbin yüksəlməsi və geosiyasi risklərin artması ilə əlaqələndirilir.

Analitiklər qeyd edirlər ki, neft qiymətlərindəki bahalaşma dünya iqtisadiyyatına, xüsusilə idxaldan asılı ölkələrə əlavə təsir göstərə bilər. Eyni zamanda, enerji bazarlarında qeyri-müəyyənliklərin davam etməsi qiymətlərin yaxın dövrdə yüksək səviyyədə qalacağını istisna etmir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya bazarında “Brent” nefti 115 dolları keçdi — Fins.az — Fins.az