
Dünya bazarına neft nəqli üçün alternativ variantlar müzakirə olunur
Fins.az - ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bağlı qalması ilə əlaqədar neft qiymətlərinin artmasına münasibət bildirərək bir neçə həftəyə hərbi əməliyyatların başa çatacağını və boğazın açılacağını deyib. Lakin bu açıqlama birjaları sabitləşdirməyib, əksinə neftin qiymətinin artmasına səbəb olub.
Son 3 gün ərzində qiymətlər yüksəlməkdə davam edib:
Londonun ICE birjasında “Brent” neftinin 1 bareli 7,87 dollar artaraq 109,03 dollar olub.
Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin 1 bareli 11,42 dollar artaraq 111,54 dollar təşkil edib.
Azərbaycanın “Azeri Light” markalı neftinin 1 bareli 10,89 dollar və ya 8,33% artaraq 141,68 dollara satılıb.
Qiymətlərin bu qədər yüksəlməsi və Yaxın Şərq ölkələrinin iqtisadiyyatına zərər ehtimalı neft daşınması üçün alternativ marşrutların müzakirəsini gündəmə gətirib.