Cənubi Koreyadan qısamüddətli satış qadağası

Cənubi Koreyadan qısamüddətli satış qadağası

BİRJA
378

Cənubi Koreyanın Maliyyə Xidmətləri Komissiyası, tənzimləyicilərin qaydaları fəal şəkildə inkişaf etdirdiyi üçün 2024-cü ilin iyun ayına qədər səhmlərin qısa satışını qadağan edəcəyini söyləyib. (Qısa satış - investorun borc götürdüyü səhmləri daha aşağı qiymətə geri almasıdır.)

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gündən iyunun sonuna qədər Kospi 200 İndeksi və Kosdaq 150 İndeksindəki səhmlər üçün borc alınmış səhmlərin ticarəti qadağan ediləcək.

Maliyyə Xidmətləri Komissiyasının sədri Kim Joo-hyun verdiyi açıqlamada, "Bazar qarışıqlığı şəraitində biz qlobal investisiya bankları tərəfindən geniş miqyaslı qeyri-qanuni qısa satış və qeyri-qanuni fəaliyyətin əlavə şərtlərini aşkar etdik. Bu da ədalətli qiymət formalaşmasına xələl gətirir və bazar etibarını zədələyir" deyib.

Günel Məlikzadə
Fins.az

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cənubi Koreyadan qısamüddətli satış qadağası — Fins.az — Fins.az