Brent neftinin qiyməti 99 dollar səviyyəsində qərarlaşıb

Brent neftinin qiyməti 99 dollar səviyyəsində qərarlaşıb

BİRJA
373

Fins.az - Qlobal neft bazarında qiymətlər azalmaqda davam etsə də, gün ərzində əvvəlki minimumlarla müqayisədə müəyyən artım müşahidə olunur.

Londonun ICE Futures birjasında iyun ayı üzrə Brent markalı neftin fyuçersləri 99,08 dollar səviyyəsində ticarət olunur. Eyni zamanda, Nyu-Yorkun NYMEX бирjasında WTI neftinin may fyuçersləri 97,55 dollara düşüb.

Günün əvvəlində qiymətlər daha aşağı səviyyələrə enmişdi – Brent 96,5 dollar, WTI isə 95,28 dollar civarında olub.

Ekspertlər qeyd edirlər ki, bazardakı enişə ABŞ və İran arasında gərginliyin diplomatik yollarla həll olunacağına dair ümidlərin artması təsir edir. Bu gözləntilər xüsusilə Hörmüz boğazı ətrafında yaranmış vəziyyət fonunda investorların davranışına təsir göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent neftinin qiyməti 99 dollar səviyyəsində qərarlaşıb — Fins.az — Fins.az