Brent neftinin qiyməti 9%-dən çox ucuzlaşıb

Brent neftinin qiyməti 9%-dən çox ucuzlaşıb

BİRJA
418

Fins.az - Brent neftinin qiyməti kəskin ucuzlaşaraq bir barel üçün 99,86 dollara düşüb.

Londonun ICE Futures birjasında iyul fyuçersləri əvvəlki bağlanışla müqayisədə 10,01 dollar (9,11%) azalaraq bu səviyyədə ticarət olunur.

Eyni zamanda, WTI nefti üzrə iyun fyuçersləri də NYMEX birjasında 10,76 dollar (10,52%) ucuzlaşaraq 91,51 dollara enib.

Qiymətlərin enməsi əsasən Yaxın Şərqdə münaqişənin yaxın zamanda tənzimlənəcəyi ilə bağlı ümidlərin artması ilə əlaqələndirilir. Bir gün əvvəl də neft bazarında eniş müşahidə olunmuşdu: Brent 4%, WTI isə 3,9% dəyər itirmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent neftinin qiyməti 9%-dən çox ucuzlaşıb — Fins.az — Fins.az