
Brent neftinin qiyməti 103 dolları ötüb
Fins.az - Dünya bazarında neftin qiyməti yenidən artım nümayiş etdirir. Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçersləri 2,96 dollar və ya 2,95 faiz bahalaşaraq bir barel üçün 103,17 dollara çatıb.
Eyni zamanda, Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin aprel fyuçersləri 2,97 dollar və ya 3,18 faiz artaraq 96,47 dollar təşkil edib.
Qeyd edək ki, əvvəlki gün Brent 2,8 faiz, WTI isə 5,3 faiz ucuzlaşmışdı. Qiymət azalması Hörmüz boğazından bir neçə tankerinin maneəsiz keçməsi ilə bağlı xəbərlərlə əlaqələndirilirdi.