
Brent nefti ucuzlaşaraq 108 dollar səviyyəsində ticarət olunur
Fins.az - Bazar ertəsi axşam saatlarında dünya bazarında neft qiymətləri bir qədər ucuzlaşıb. Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçersləri 0,55% azalaraq 108,43 dollar/barel səviyyəsində ticarət olunub.
Eyni zamanda, NYMEX birjasında WTI markalı neftin may fyuçersləri 0,74% ucuzlaşaraq 110,72 dollar/barel təşkil edib.
Ekspertlər qeyd edirlər ki, qiymətlərin azalması əsasən Pasxa bayramı ilə əlaqədar bəzi bazarların bağlı qalması və ticarət aktivliyinin aşağı olması ilə bağlıdır.