
Brent markalı neftin qiyməti yenidən 106 dolları keçib
Fins.az - Qlobal enerji bazarında neft qiymətləri yenidən yüksəliş göstərib.
Brent Crude Oil üzrə iyul fyuçersləri Londonun ICE бирjasında 1,69 faiz bahalaşaraq bir barel üçün 106,80 dollara çatıb.
Eyni zamanda WTI Crude Oil markalı neftin iyul fyuçersləri də Nyu-York əmtəə бирjasında 100 dollar həddini keçərək 100,44 dollara yüksəlib.
Analitiklər bildirirlər ki, qiymətlər əvvəlki sessiyada baş verən kəskin enişdən sonra bərpa olunur. Bir gün əvvəl bazarlar Donald Trumpın İranla bağlı açıqlamalarına reaksiya vermiş və neft qiymətləri 5 faizdən çox ucuzlaşmışdı.