
"BQ" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq
Fins.az - 3 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BQ" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı 05.06.2026-cı il tarixində başlayaraq, 5 gün davam edəcək və iyunun 9-u yekunlaşacaq.
Qiymətli kağızların yerləşdirilməsi isə 11.06.2026-cı il tarixində keçiriləcəkdir.
Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "BQ" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1002020936 |
Səhmlərin növü və forması | Sənədsiz adlı, adi səhmlər |
Ticarət üsulu/forması | Kütləvi / Abunə yazılışı |
Səhmlərin sayı | 100 ədəd |
İlkin ticarət qiyməti | 2,005 manat |
Buraxılış həcmi | 200,500 manat |
Ticarətə buraxılma tarixi | 11.06.2026 |
Anderrayter | “İnvest-Az İ.Ş.” QSC |