
BOKT "International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Fins.az - 8 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 13.05.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | BOKT "International” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2047021020 |
İstiqrazların növü və forması | Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
Ticarət üsulu/forması | Kütləvi/Rəqabətli hərrac |
İstiqrazların sayı | 10,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
İllik gəlirlilik faizi | 18% |
Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
Tədavül müddəti | 3 il |
Ticarətə buraxılma tarixi | 13.05.2026 |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |