Bitkoində güclü bahalaşma

Bitkoində güclü bahalaşma

BİRJA
460

Fins.az xəbər verir ki, Bitkoin kriptovalyuta bazarının lokomotivi rolunu bərpa edərək, son zamanların əsas xəbər carçısı olmuşdur. 

Cümə axşamı kriptovalyuta 24 saat ərzində 4.3% bahalaşmış və ticarət sessiyasının sonunda 13110$-da bağlanmışdır . Ümumiyyətlə, Bitkoin bu həftənin əvvəlindən bəri 11%-dən çox bahalaşıb. 

Əvvəlcə, o, "Square", "MicroStrategy", "Stone Ridge" də daxil olmaqla, böyük institusional şirkətlərin investisiya xəbərləri ilə dəstəkləndi. Daha sonra İngiltərənin "Mode Global Holdings PLC" fintek şirkətinin ehtiyat aktiv kimi BTC-nin alınması üçün kapitalının 10%-i investisiya edəcəyini bildirmışdir. 

Lakin bu, "PayPal"-ın Bitkoin də daxil olmaqla, kriptovalyutaların alqı-satqısı imkanını əlavə etməsi barədə elanları ilə müqayisə olunmazdır. (investaz.az)

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...