
"Bitcoin”in qiyməti 74 min dolları ötüb
Son sutkada qlobal kriptovalyuta bazarında artım qeydə alınıb.
Fins.az CoinMarketCap platformasına istinadən xəbər verir ki, kriptobazarın ümumi kapitalizasiyası son sutkada 4,46% artaraq 2,52 trilyon dollara yüksəlib. Eyni dövrdə bazarda 24 saatlıq ticarət həcmi 70,06% artaraq 119,45 milyard dollar təşkil edib.
Məlumata görə, “Bitcoin”in qiyməti son sutkada 4,95% artaraq 74 368 dollara, “Ethereum”un qiyməti isə 7,90% artaraq 2 361 dollara yüksəlib. BNB 2,99% bahalaşaraq 613 dollara, “Bitcoin Cash” 2,92% bahalaşaraq 437 dollara, “Monero” 0,25% bahalaşaraq 347 dollara çatıb, “Aave”nin qiyməti isə 3,30% artaraq 100 dolları ötüb.