BFB-də Mərkəzi Bank notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

BFB-də Mərkəzi Bank notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

BİRJA
315

Fins.az - 13 və 14 may 2026-cı il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti

(gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

Nominal

Miqdar

Notun ödəniş  tarixi

28

 AZ2643024709

13.05.2026

20.000.000

100.000

200

10.06.2026

84

AZ2642024700

14.05.2026

20.000.000

100.000

200

06.08.2026

168

AZ2641024701

13.05.2026

7.500.000

100.000

75

28.10.2026

252

 AZ2640024702

14.05.2026

5.000.000

100.000

50

21.01.2027

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BFB-də Mərkəzi Bank notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək — Fins.az — Fins.az