Bakı Fond Birjasınıın nümayəndə heyəti Türk İnvestisiya Fondunun rəhbərliyi ilə görüş keçirib

Bakı Fond Birjasınıın nümayəndə heyəti Türk İnvestisiya Fondunun rəhbərliyi ilə görüş keçirib

BİRJA
174

Fins.az - 16 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının nümayəndə heyəti Türk İnvestisiya Fondunun nümayəndələri ilə görüş keçirilib. Nümayəndə heyəti 16–19 iyun 2026-cı il tarixlərində Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında iştirak məqsədilə Azərbaycanda səfərdə olub.

Görüş çərçivəsində hər iki qurumun fəaliyyəti və strateji prioritetləri təqdim olunub, kapital bazarlarının inkişafı, investisiya imkanları və regional maliyyə əməkdaşlığı istiqamətində fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı kapital bazarlarının inkişafının dəstəklənməsi və türk dövlətləri arasında maliyyə əlaqələrinin gücləndirilməsi məqsədilə potensial əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. Xüsusilə, bilik və təcrübə mübadiləsi, institusional əməkdaşlıq və regional maliyyə bazarlarının dayanıqlı inkişafına töhfə verə biləcək təşəbbüslər ətrafında müzakirələr aparılıb.

Bakı Fond Birjası Türk İnvestisiya Fondu ilə əməkdaşlıq imkanlarının müzakirəsini yüksək qiymətləndirdiyini bildirib və kapital bazarlarının inkişafına, eləcə də iqtisadi tərəqqiyə töhfə verən regional və beynəlxalq təşkilatlarla tərəfdaşlığın genişləndirilməsinə sadiqliyini ifadə edib.

Görüş tərəflərin dialoqu davam etdirmək və gələcək əməkdaşlıq imkanlarını araşdırmaq niyyətini təsdiqləməsi ilə yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Fond Birjasınıın nümayəndə heyəti Türk İnvestisiya Fondunun rəhbərliyi ilə görüş keçirib — Fins.az — Fins.az