Bakı Fond Birjasında BOKT "Finans Kredit" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bakı Fond Birjasında BOKT "Finans Kredit" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

BİRJA
272

12 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Finans Kredit" MMC-nin buraxılış həcmi 200,000 (iki yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi 16 iyul 2024-cü il tarixində yekunlaşmışdır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Fins.az xəbər verir ki, istiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "Finans Kredit" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2003023556

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi/Birqiymətli

İstiqrazın sayı

200 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

200,000 manat

Hərrac qiyməti

1,000 manat

İllik gəlirlilik faizi

15%

Reallaşdırılmış həcm

200,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

200,000 manat

İnvestor sayı

1

Sifariş sayı

1

Ödəmə Periodu

İlk istiqraz yerləşdiyi tarixdən etibarən 30 (otuz) gündən bir ödəniləcəkdir

Tədavül müddəti

24 ay

İstiqrazların ödəmə tarixi

16.07.2026

Anderrayter

“CPM İnvest İnvestisiya Şirkəti” ASC

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Fond Birjasında BOKT "Finans Kredit" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir — Fins.az — Fins.az