
“Bakı Fond Birjası” xalis mənfəətini AÇIQLAYIB
“Bakı Fond Birjası” QSC 2019-cu ili 3 milyon manat xalis mənfəət əldə edib
Fins.az xəbər verir ki, bu barədə birjanın hesabataında məlumat verilir.
Məlumata görə ötən il BFB-nin əməliyyat gəlirləri 4,7 milyon manat əməliyyat xərcləri 1,3 milyon manat, faiz gəlirləri 403 min manat (təxminən 23% çox), mənfəət vergisi ödəmələri isə 765 min manat olub
Bu il yanvarın 1-nə BFB-nin aktivləri 11,8 milyon manat olub.Hesabat dövründə Birjanın öhdəlikləri 82,7% artaraq 1 milyon manata, balans kapitalı isə 38,7% artaraq 10,8 milyon manat təşkil edib.