Bakı Fond Birjası Mərkəzi Bankın notlarını yerləşdirib -MƏBLƏĞ

Bakı Fond Birjası Mərkəzi Bankın notlarını yerləşdirib -MƏBLƏĞ

BİRJA
725

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101479S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bakı Fond Birjasından verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 99,4418 manat (7,22%) və 99,4773 manat (6,76%) olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 253 871 300 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4601 manat (6,98%), orta ölçülmüş qiyməti isə 99,4624 manat (6,95%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 13.05.2020-ci ildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Fond Birjası Mərkəzi Bankın notlarını yerləşdirib -MƏBLƏĞ — Fins.az — Fins.az