
Bakı Fond Birjası hesabat verdi - 3 mld 3 mln 256 min manatlıq əməliyyat
2020-ci ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 3 milyard 3 milyon 256 min manat təşkil edib.
2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 5 milyard 33 milyon 626, min manat olmuşdu.
Birjanın yaydığı məlumatda bildirilir ki, 2020-ci ilin yanvar-aprel ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 293%, repo əməliyyatları üzrə isə 110% artım qeydə alınmıb.
