
"AZƏRMAŞ GROUP" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb
Fins.az - 2 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRMAŞ GROUP" MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2002027301 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 08.06.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "AZƏRMAŞ GROUP" MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2002027301 |
İstiqrazların növü və forması | Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
İstiqrazların sayı | 50,000 ədəd |
İlkin ticarət qiyməti | 100 ABŞ Dolları |
İstiqrazların buraxılış həcmi | 5,000,000 ABŞ Dolları |
Kupon faizi | 9% |
Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir |
Tədavül müddəti | 2 il |
Nominal (Yerləşdirmə) qiyməti* | 100 ABŞ Dolları |
Reallaşdırılmış həcm | 5,000,000 ABŞ Dolları |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 5,000,000 ABŞ Dolları |
İnvestor sayı | 106 |
Sifariş sayı | 106 |
Anderrayter | "Troni İ.Ş.” QSC |