Azərbaycan neftinin qiyməti 120 dollardan aşağı düşüb

Azərbaycan neftinin qiyməti 120 dollardan aşağı düşüb

BİRJA
428

Fins.az - Dünya bazarında Azeri Light markalı Azərbaycan neftinin qiyməti azalıb. Bir barelin dəyəri 2,58 dollar (2,11%) enərək 119,68 dollar təşkil edib.

Hərracların yekununa görə, Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 117,95 dollar olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə Azərbaycan neftinin qiyməti də 2,52 dollar (2,11%) azalaraq 116,46 dollara düşüb.

Qeyd edək ki, Azərbaycanın bu il üçün dövlət büdcəsində neftin baza qiyməti 65 dollar səviyyəsində götürülüb.

Xatırladaq ki, Azeri Light markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 dollar olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan neftinin qiyməti 120 dollardan aşağı düşüb — Fins.az — Fins.az