Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb

Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb

BİRJA
328

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,55 ABŞ dolları və ya 4,68 % azalaraq 113,01 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 116,55 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4,48 % azalaraq 108,93 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb — Fins.az — Fins.az