"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutub

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutub

BİRJA
185

Fins.az - 25 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 26.05.2026-cı il tarixində başlayıb, 11.05.2026-cı il tarixində bitmişdir.

AZ2008004585 İSİN kodlu istiqrazların yerləşdirilməsi 18 iyun 2026-cı il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində Emitentin profili bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2008004585

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı

50,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

5,000,000 manat

Kupon faizi

9%

Ödəmə Periodu

İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti

1 il

Minimal qiymət

100 (9.0000%) manat 

Maksimal qiymət

100 (9.0000%) manat

Kəsmə qiyməti

100 (9.0000%) manat

Ortaçəkili qiyməti

100 (9.0000%) manat

Reallaşdırılmış həcm

5,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

9,087,900 manat

Abunə yazılışında iştirak etmiş investor sayı

227

Sifarişi icra edilmiş investor sayı

224

Abunə yazılışında təklif edilmiş sifariş sayı

428

İcra edilmiş sifariş sayı

425

Anderrayter

ABB-İnvest İnvestisiya Şirkəti” QSC

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutub — Fins.az — Fins.az