
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq
Fins.az - 23 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 27.04.2026-cı il tarixində başlayacaq və 11.05.2026-cı il tarixində bitəcəkdir.
AZ2006004587 İSİN kodlu istiqrazların yerləşdirilməsi 13 may 2026-cı il tarixində həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2006004587 |
İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
İstiqrazların sayı | 50,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 5,000,000 manat |
İllik gəlirlilik faizi | 9% |
Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir |
Tədavül müddəti | 1 il |
Ticarətə buraxılma tarixi | 13.05.2026 |
Anderrayter | ABB-İnvest İnvestisiya Şirkəti” QSC |