AYİB-in manatla buraxdığı istiqrazlar üzrə növbəti ödəniş mərhələsi başlayır - MDM

AYİB-in manatla buraxdığı istiqrazlar üzrə növbəti ödəniş mərhələsi başlayır - MDM

BİRJA
275

 Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə kupon ödənişi 

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən 01 aprel 2026-cı il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının buraxdığı, AZİR-ə (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsaslanan dəyişən faizli (floating rate)   istiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.

MDM-dən Fins.az-a verilən məlumata görə, kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 586,22 (bir min beş yüz səksən altı manat 22 qəpik) manat təşkil edir.

Qeyd edək ki, nominal dəyəri 100 000 manat olan, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində uğurla baş tutub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AYİB-in manatla buraxdığı istiqrazlar üzrə növbəti ödəniş mərhələsi başlayır - MDM — Fins.az — Fins.az