
Avropa fond bazarlarının indeksləri YÜKSƏLİB
Avropa fond bazarları, ABŞ Prezidenti Trampın müalicəsindən sonra Ağ Evə qayıtmasının təsiri ilə günü nisbi yüksəlişlə başa vurub.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, ilkin göstərici indeksi Stoxx Europe 600 0,07 faiz bahalaşaraq 365,88 bənddə bağlandı.
Fransada CAC 40 indeksi 0,48% artaraq 4.895.46 bəndə, İtaliyada FTSE MIB 30 indeksi 0.85,% qazanaraq 19.429.81 bəndə yüksəlib.
Almaniyadakı DAX 30 indeksi 0,61 % nisbətində artımla günü 12,906.02, İngiltərədəki FTSE 100 indeksi 0,12% artımla 5,949.94 səviyyəsində bağlanıb.
Müəllif:Aynur Qəniyeva