“Assist Finance İnvestisiya Şirkəti” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib

“Assist Finance İnvestisiya Şirkəti” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib

BİRJA
223

Fins.az - 8 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“Assist Finance İnvestisiya Şirkəti” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2001020364

İstiqrazların növü və forması

Diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı

8,000 ədəd 

Nominal qiyməti

100 manat

İlkin ticarət qiyməti

Bir istiqraz üzrə minimum yerləşdirilmə qiyməti 90 (doxsan) manatdır. Bu qiymətdən aşağı təqdim edilmiş sifarişlər qəbul edilmir. Yerləşdirmə zamanı sifarişlər ən yüksək qiymət təklifindən başlayaraq aşağı qiymətə doğru ardıcıllıqla icra edilir

İstiqrazların buraxılış həcmi

800,000 manat

İllik gəlirlilik faizi

Diskont gəliri = Nominal dəyər – Yerləşdirmə qiyməti

Ödəmə Periodu

Tədavül müddətinin sonunda nominal dəyər üzrə geri ödəniş ediləcəkdir

Tədavül müddəti

182 gün

Ticarətə buraxılma tarixi

Emitent tərəfindən bildiriləcək

Anderrayter

“Assist Finance İnvestisiya Şirkəti” ASC

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Assist Finance İnvestisiya Şirkəti” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib — Fins.az — Fins.az