
ARMB 28 günlük qısamüddətli dövlət notlarını uğurla yerləşdirib
Fins.az - 8 aprel 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) AZ2620024706 dövlət qeydiyyat nömrəli 28 gün qısamüddətli diskontlu notlarını yerləşdirmək üzrə hərrac keçirmişdir.
Hərrac çərçivəsində emissiya həcmi 20,000,000 manat, notların sayı isə 200 ədəd təşkil etmişdir. Hər bir notun nominal dəyəri 100,000 manatdır. Minimal qiymət 99,508.6077 manat (6.35%), maksimal qiymət 99,520.8626 manat (6.19%), kəsmə və ortaçəkili qiymət 99,520.8623 manat (6.19%) olaraq müəyyən edilmişdir.
Hərracda sifarişlərin ümumi həcmi 22,000,000 manat olmuş və 2 investor tərəfindən bütün sifarişlər həyata keçirilmişdir. Nəticədə reallaşdırılmış həcmi 20,000,000 manat təşkil etmişdir. Notlar üzrə ödəniş tarixi 06 may 2026 olaraq müəyyən edilmişdir.